Xanım Zəhranın şəhadəti ilə bağlı tədbir keçirildi » Milliyet.Az

Xanım Zəhranın şəhadəti ilə bağlı tədbir keçirildi

Xanım Zəhranın şəhadəti ilə bağlı tədbir keçirildi İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində Xanım Fatimeyi Zəhra (s.ə) şəhadəti münasibəti ilə tədbir keçirilib.

milliyyet.az xəbər verir ki, AzadXeber.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbirdə İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı rəsmi nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nejad çıxış edib. O Xanım Zəhranın (s.ə) şəxsiyyətindən və həyatından danışıb. Daha sonra Xanım Zəhranın şəhadətini əks etdirən sərgi keçirilib.

Qeyd edək ki, tədbirdə əhlibeyt şairləri, ziyalılar və çox sayda inanclı iştirak edib.
  • Sosial şəbəkədə paylaş