
Quran Ramazan ayında nazil olub. Elə buna görə də Allah bu ay haqqında danışanda ilk növbədə, orucdan da öncə Quran haqqında danışır. Allah bu barədə danışarkən Quranı insanı hidayət edən kitab kimi bizə tanıdır. Elə buna görə də biz düşüncə, qəlb və fikirlərimizi onu ixtiyarına qoymalıyıq. Quran qəlbin həkimi, onu paklayandır. Quran insanı paklayır və pakladıqca da növbəti mərhələyə istiqamətləndirir. Məsumlar (ə) təkid edir ki, hər gün Quran oxuyun ki, Allahla söhbət edəsiz. Bu hidayət üçün ən gözəl vasitədir. Quranla ünsiyyəti olan insanlar hansı mərhələlərə yüksəlməsi təsəvvürə gəlməzdir. Təəssüf ki, bu dəyərli bir kitab əlimizdə olduğu halda biz demək olar ki, ondan istifadə etmirik. Quran bütün ehtiyacları ödəyə biləcək ən ideal vasitədir. Belə olan halda biz dərdlərimizə başqalarının qapısında deyil, Quranın varlığında axtarmalıyıq. Quran başdan-başa şəfadir. Orada hər hansı bir qüsur mümükünsüzdür. Hər sətirini oxuyanda anlayırsan ki, o necə böküm, möhtəşəm bir kitabdır.
Allah Quranda 24 dəfə hidayət kəlməsindən istifadə etmişdir. Hidayətlə Allah insana bu kitabın mahiyyətini anladır. Anladır ki, bu dəyərli kitab sizin nicatınız, xəstəliyinizin çarəsidir. Quranın müxtəlif yürlərində Allah insana bunu bəyan edir. Bəyan edir ki, sənin bütün varlığının kamilliyi Qurandadır. Öy insan övladı özünü Quana təslim et və yüksəl”.
Hidayət mövzusunu gələn Cümə günü davam edəcəyini deyən xətib sonunda dualar oxuyub.