Müsəlmanlar üçün yeni sosial şəbəkə hazırlanır » Milliyet.Az

Müsəlmanlar üçün yeni sosial şəbəkə hazırlanır

Müsəlmanlar üçün yeni sosial şəbəkə hazırlanırİslam qaydaları tələblərinə uyğun yeni sosial şəbəkə istifadəyə veriləcək milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, müsəlmanlar üçün nəzərdə tutulan yeni beynəlxalq sosial şəbəkənin yaxın həftələrdə istifadəyə veriləcəyi bildirilir. Yeni yaradılan “Muslimface” sosial şəbəkəsi digər sosial şəbəkələrdən əsas fərqi islam dəyərləri və qaydalarına uyğun məlumatların yerləşdirilməsi ilə fərqlənəcək. Müsəlman iş adamları tərəfindən hazırlanan sosial şəbəkə bir neçə dilə, o cümlədən ərəb, ingilis, türk, fars, urdu və digər dillərə tərcümə ediləcək. Lahiyə artıq Britaniya ərazisində "Muslimface Limited" adı ilə qeydiyyatdan keçib. Qeyd edək ki, yeni sosial şəbəkədə inanclıların təhqirinə və etik normalara cavab verməyən məlumatların paylaşmasına qadağa qoyulacaq.
  • Sosial şəbəkədə paylaş