Tbilisidə Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə tədbir keçirilib » Milliyet.Az

Tbilisidə Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə tədbir keçirilib

Tbilisidə Xanım Zeynəbin (s.ə) mövludu münasibətilə tədbir keçirilib
“Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirildi İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün “BGMİ”nin nəzdində bu aydan etibarən fəaliyyətə başlayan “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib. Tbilisidə yerləşən “Alul-beyt” mədəniyyət mərkəzində yüksək səviyyədə təşkil olunan tədbirdə ictimaiyyət və din xadimələri, qadınlarla bağlı QHT sədr və nümayəndələri, Acarıstan Muxtar vilayətindən və eləcədə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edib. Məclisin aparıcısı “Əl-Mustafa” adına Dini Elmi Mərkəzinin müəlliməsi Elnarə Cəfərli mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra ilk növbədə Quran tilavəti üçün sözü Lamidə Bayramovaya verib. Məclis açıq elan olduqdan sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayaraq bayram münasibəti ilə xanımları təbrik edib. Çıxışında Peyğəmbər (s) nəvəsi, İmam Əli (ə) və Həzrəti Fatimənin (s.ə) qızı və iki imam bacısı Həzrəti Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyası ilə xanımlara örnək olmasından, xanım Zeynəbin (s.ə) xüsusilə Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Sonra “Gürcüstan Müsəlman Qadınları İcması”na daxil olan: “Fatimeyi Zəhra (s.ə)” adına qadınlar cəmiyyətinin sədri Gülşə Nemətova, “Həzrəti Zeynəb” Qadınlar Təşkilatından Esmira Nəsibova, Beynəlxalq Qadınlar Qurumunun sədri Maxvala Xmaladze, Gürcüstan Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova və başqaları çıxış ediblər. Nümunəvi qadın simvolu olan Həzrəti Zəynəbin (s.ə) həyatı, fəziləti və özəllkləri, Xanımın Kərbəladakı rolu söhbətlərin əsas mövzularından olub. Tədbirdə həmçinin, Gürcüstan Qadınar İcmasının dəvəti ilə Azərbaycan Respublikasından gələn “Kovsər” İlahi Mahnılar qrupunun ifasında ilahi nəğmələr səsləndirilib. Həmçinin yeniyetmə qızlar Xanım Zeynəbin mədhinə şeir və qəsidələr söyləyiblər. Sonda Həzrəti Zeynəbin (s.ə) həyatından bəhs edən nömrələnmiş kitablar iştirakçılara təqdim olunub. Tədbirdə adı Zeynəb olan uşaqlara da hədiyyələr təqdim olunub.
  • Sosial şəbəkədə paylaş