Amerikalı xanım İslam dinini qəbul etdi » Milliyet.Az

Amerikalı xanım İslam dinini qəbul etdi

Amerikalı xanım İslam dinini qəbul etdiO, Məşhəd şəhərində kəlimeyi-şəhadəti gətirərək müsəlman olub milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, ziyarət etdiyi Məşhəd şəhərində İmam Rzanın (ə.s) fikirləri və düşüncələri ilə yaxından tanış olan bir amerikalı xanım şiə fiqhinə əsasən İslam dinini qəbul edib və İmam Rzanın (ə.s) hərəmindəcə kəlimeyi-şəhadəti gətirərək müsəlman olub. Əhli-beyt (ə.s) elmi ilə tanış olan qeyri-müsəlmanlar məntiqi dəlillər qarşısında təslim olaraq İslam dinini qəbul edirlər. İslam dinini yenicə qəbul etmiş Elina Emeli də bu şəxslərdəndir. O, 4 illik araşdırmalardan sonra İslam dininin yeganə haqq dini olduğuna şəhdaət verib. Amerikalı müsəlman xanım bundan sonra həyatını İslam üzərində quracağını, İslam dinini, əsil qaynaqları olan Qurani-Kərim və İslami hədislərdən, eyni zamanda İslam alimlərindən öyrənərək, öyrəndiklərini Amerika və başqa bölgələrdə yaşayan insanlara da öyrədəcəyini söyləyib. Elina xanım İslam dininin ona rahatlıq, xoşbəxtlik verdiyini, Allahın ayələrini dinləməkdən böyük zövq aldığını bildirərək, hicabın yalnız bir örtük olmadığını, əksinə bir inanc və əqidə olduğunu, hicabın qadın fitrətinin tələbi olduğunu, İslami mədəniyyət və sivilizasiyanı əks etdirdiyini qeyd edib.
Mənbə : İslamazeri
  • Sosial şəbəkədə paylaş