İmam Hüseynin (ə) ziyarətgahında dəyişiklik oldu- (Foto) » Milliyet.Az

İmam Hüseynin (ə) ziyarətgahında dəyişiklik oldu- (Foto)

İmam Hüseynin (ə) ziyarətgahında dəyişiklik oldu- (Foto)

kətibənin hündürlüyü 80 sm, eni 20 sm, uzunluğu isə 4 m 25 sm-dir. Ümumi çəkisi 600 kq olan kitabə Tık ağacından düzəldilmiş qalib üzərinə çəkilmiş qızıl suya batırılmış mis lövhələrdən ibarətdir

milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, İmam Hüseynin (ə) ziyarətgahında İmamın Şəhid olduğu yerdə kətibə asılıb.
Hərəmin işçiləri tərəfindən divardan asılmış kətibə İranın böyük sənət adamları tərəfindən hazırlanmış incəsənət əsəri olaraq dəyərləndirilir.
Hərəmdə texniki işlər üzrə direktor vəzifəsində çalışan Kərim əl-Ənbari bu haqda açıqlama verərkən bildirib ki, "Üzərində "Əssəlamu Əlad Dimais Sailat" (Salam olsun həmişə axan qana) yazılmış kitabənin hazırlanmasında iranlı sənətkarların böyük zəhmətləri olub. Kətibənin xüsusiyyətlərindən biri də, kətibə üzərində 14 Məsum niyyətinə 14 ədəd Muhəmmədi Gülü (qızıl gül) və 12 İmam niyyətinə 12 gül tumurcuqları işlənilib. Əsərin digər tərəfində isə, İmam Hüseynin (ə) əqiq daşlı üzüyün şəkli həkk olunub və üzüyün əqiq daşı üzərində də, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, "İnnəllahə Baliğu Əmrih" (Şübhəsiz Allah əmrini çatdırandır) kəlməsi yazılıb."
Qeyd edək ki, kətibənin hündürlüyü 80 sm, eni 20 sm, uzunluğu isə 4 m 25 sm-dir. Ümumi çəkisi 600 kq olan kitabə Tık ağacından düzəldilmiş qalib üzərinə çəkilmiş qızıl suya batırılmış mis lövhələrdən ibarətdir.

İmam Hüseynin (ə) ziyarətgahında dəyişiklik oldu- (Foto)
  • Sosial şəbəkədə paylaş