Son on ildə 136 məscid tikilib » Milliyet.Az

Son on ildə 136 məscid tikilib

Son on ildə 136 məscid tikilib

Polis Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Akademiyanın professor-müəllim heyəti və müdavimlərlə görüş keçirib.

milliyyet.az SalamNews-a istinadən xəbər verir ki, görüşdə Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Nazim Əliyev görüşün əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. Mövcud qanunvericilik, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir.

Nazim Əliyev qeyd edib ki, Akademiyada kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında, müxtəlif zəmində baş verə biləcək mənfi hadisələrin qarşısının alınmasında öz xidmətlərini göstərəcəklər.

Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyin, inkişaf tempinin qorunub saxlanılması üçün Daxili İşlər Nazirliyi öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı naminə çox böyük işlər görülür. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bir-birlərinə hörmət edir və mehribanlıq şəraitində yaşayırlar.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək görüşün keçirilməsində verdiyi dəstəyə görə Daxili İşlər Nazirliyinə və Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi bir çox dövlət qurumları, o cümlədən DİN ilə birgə tədbirlər Planı imzalayıb. Bu fəaliyyət proqramına əsasən bu gün Polis Akademiyasında keçirilən görüş dini maarifləndirmə və gənclərin milli-mənəvi dəyərlərimizə bağılılığı, ölkədə mövcud tolerant mühitin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıyır.

Dövlət Komitəsinin sədri ölkəmizin inkişaf strategiyasından danışarkən qeyd edib ki, Azərbaycan Cənub Qafqazın lider dövlətidir.
  • Sosial şəbəkədə paylaş