AİP-in qərargahında AİM-in toplantısı keçirilib » Milliyet.Az

AİP-in qərargahında AİM-in toplantısı keçirilib

Bu gün AİP qərargahında Analitik İnformasiya Mərkəzinin toplantısı keçirilb
AİP-in qərargahında AİM-in toplantısı keçirilib


milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, toplantı iştirakçıları bir neçə məsələni müzakirə edərək 2014-2018-ci illərdə bölgələrin sosial inkişafı ilə bağlı keçirilən konftansa, Avropa ölkələrində İslama və Peyğəmbərə təhqirə, o cümlədən, ölkədə və dünyada baş verən mühüm ictima-siyasi məsələlərə münasibət bildiriblər.
İclası giriş sözü ilə açan AİM sədri Üzeyir Heydərov 20 Yanvar Günü münasibətilə Şəhidlər Xiyabanında yüzlərlə dindarın məzarları vəhdət halında ziyarət etdiyini vurğuladı. Bu vəhdətin müsəlmanlar üçün böyük önəm daşıdığını vurğulayan natiq Fransada “Charlie Hebdo” jurnalında İslam Peyğəmbərinə (s) qarşı təhqiramiz karikatura olayına bir çox müsəlman ölkələrinin güclü etiraz etdiyini qeyd etdi.
Xüsusən də, Ceceniştan Respublikasında təşkil olunmuş geniş miqyaslı mitinqdən söz açdı. O, Azərbaycan dövlətinin bu məsələnin üzərindən sükutla keçməsinin bir İslam məmləkəti olaraq düzgün sayılmadığını, həmçinin, Belçika parlamentində də Qurana olan təhqiredici davranışın yolverilməz olduğunu diqqətə çatdırdı.
AİP sədr müavini Vüqar İbayev bölgələrin sosial-iqtisadi inkisafı mövzusunda keçirilən konfransda səslənən optimist fikirlərə münasibət bildirdi, orada deyilənlərin əksinə olaraq ölkədə sosial-iqtisadi durumun acınacaqlı olması, iş yerlərində ixtisarların artması, bölgələrdə iqtisadi vəziyyətin daha ağır olması barədə statistik rəqəmlərə istinad edərək vəziyyəti mənfi qiymətləndirdi.
O, bunu hakimiyyətin uğursuz siyasəti, xüsusən də Yay Qlimpiya Oyunlarına qoyulan külli miqdarda vəsaitin Azərbaycan iqtisadiyyatına heç bir xeyri olmaması ilə əlaqələndirdi. Natiq Nardaran mitinqinin mahiyyətinə, Qərb ölkələrinin Quran və Peyğəmbərimizə qərəzli münasibətinə də toxundu. O, ali dini lider Ayətullah Xameneinin qərbli gənclərə ünvanlanan məktubundan söz açaraq bunun mühüm önəm daşıdığını xüsusi vurğuladı.
Natiq bir sıra vacib məsələlərdən, o cümlədən cəbhə bölgəsində baş verən gərginlikdən ordumuzun verdiyi itkilərdən danışdı, O, Ermənistanda üzərlərində qondarma məhkəmə qurulan, birinə ömürlük, digərinə 21 il həbs cəzası verilmiş girovlarımız haqqında mühüm bir məqama toxunaraq bildirdi ki, ABŞ dövlət katibinin nümayəndəsi bu məsələdən xəbərsiz olduqlarını deyərək həmişə olduğu kimi, riyakar mövqe ortaya qoydu. Bununla da əslində onlar vasitəçi ölkə kimi öz məsuliyyətlərindən boyun qaçırdıqlarını göstərdilər.
AİP funksioneri Elşən Orucov müzakirə olunan ilk məsələyə mövqe bildirərək, ölkədə keçirilən konfransın formal xarakter daşıdığını, sosial-iqtisadi durumun əslində təqdim edildiyindən daha acınacaqlı olduğunu diqqətə catdırdı, bölgələrdə işsizliyin hökm sürməsindən, sosial müavinətlərin saxta yollarlla mənimsənilməsindən, insanların rayon rəhbərləri tərəfindən incidilərək süründürməçiliyə məruz qoyulmasından söz açdı.
AİP-in NTK sədri Fəyyaz Nəbizadə son illər İslam dininə marağın artması amilinə toxunaraq dini-mənəvi dəyərlərin inkişafindan söz açdı və bu səbəbdən Qərbdə İslamofobiya hallarının genişlənməsini, o cümlədən ölkə iqtidarının İslamı dəyərlərə qərəzli münasibətini qeyd etdi.
O, Nardaran kəndində keçirilən mitinqin mütəşəkkil və uğurlu olmasını məhz İslami dəyərlərin təşəkkül tapması ilə əlqələndirdi.
AİP Binəqədi komitə sədri Rövşən Nuri 20 Yanvar Günü Şəhidlər Xiyabanına “Vəhdət ziyarətinin” əhəmiyyətindən danışaraq, ölkədə İslami siyasi -şüurun oyanışını müsbət hal kimi qiymətləndirdi.
Gənc fəal islamçı Rəşad Dadaşov Nardaran mitinqinin önəmini qeyd etməklə, islamçıların üzərinə düşən vəzifələrdən, İslami təşkilatların bu mitinqə laqeyd yanaşmasından söz açdı.
AİP funksioneri Elmar Səmədov da birinci məsələyə münasibət bildirərək, rayon və kəndlərdə sosial inkişafın aşağı səviyyədə olmasını və burada yaşayan əhalinin işsizlik problemlərinin şişirdilmiş rəqəmlər arxasında gizlədildiyini vurğuladı.
Natiq Xocalı hadisəsinə beynəlxaql müstəvidə hüquqi siyasi qiymət verilməməsini və onun təqvimdə Hüzn günü kimi qeyd olunmamasını Azərbaycan diplomatiyasının zəifliyi və Qərb təşkilatlarının ikili yanaşması kimi qiymətləndirdi. O, Avropa idman oyunlarına ayrılan çox böyük miqdarda vəsaitin ölkə iqtisadiyyatına vurduğu zərərlərdən danışdı.
Əliyar Nəzərov islamçıların öhdəsinə düşən vəzifələri vurğuladı və ruhanilərin bu işdə fəallığının artmasının önəminə diqqət çəkdi. O, İslam maarifçiliyinin təbliği istiqamətində ruhanilərin üzərinə düşən vəzifə yükünün böyük məsuliyyət yaratdığını xatırlatdı.
Sonda İmam Rza(ə) bacısı Xanım Məsumə(ə) şəhadəti ilə əlaqədar salavat səsləndirildi.
  • Sosial şəbəkədə paylaş