» » Cümə namazında iştirak edən xütbəyə mütləq şəkildə qulaq asmalıdır? (AÇIQLAMA)


Cümə namazında iştirak edən xütbəyə mütləq şəkildə qulaq asmalıdır? (AÇIQLAMA)

26-07-2019, 14:52
Oxunub: 69
Çap et
Cümə namazında iştirak edən xütbəyə mütləq şəkildə qulaq asmalıdır? (AÇIQLAMA)


Son vaxtlar cəmiyyətdə həmçinin sosial şəbəkələrdə cümə günü qılınan namazla bağlı həmçinin həmin günü deyilən xütbə ilə bağlı müəyyən müzakirələr edilir. Bəziləri üzürlü və üzürsüz səbəbdən xütbədə iştirak edə bilmədiyini yalnız namaza qatıldığını, bəziləri mütləq şəkildə həm xütbə həm də namazda iştirak etdiyini bildirir. Bəs cümə namazının İslam dininə görə düzgün qaydası necə olmalıdır? Məscidə gələn insanlar mütləq şəkildə birinci xütbəyə qulaq asıb sonra cümə namaz qılmalıdırmı yoxsa təkcə namaz qılmaqla kifayətlənməlidir?

Bütün bu suallara Təzəpir məscinin axundu ilahiyyaçı alim Mircəfər Əyyubov aydınlıq gətirib.
Cümə namazında iştirak edən xütbəyə mütləq şəkildə qulaq asmalıdır? (AÇIQLAMA)

İlahiyyatçı bildirib ki, ümumiyyətlə cümə günü günlərin ən fəzilətlisi və üstünüdür. Cümə sözünün hərfi mənası cəm etmək sözündən alınıb. Məsumlar buyurur ki, bu gündəki yaxşı əməllərin savabı digər günlərlə müqayisədə daha artıq verilər. Bunun üçün də Cümə günü müsəlmanın çox mühüm görüş günüdür. Bu gün qılınan cümə namazı hamını bir araya gətirən ibadət proqramıdır. Müsəlmanlar bu namazda bir-birini ziyarət etməli, halından xəbərdar olmalı, bir-biri ilə salamlaşmalı, umu-küsünü kənara qoymalı və lazım olduqda bir-birinə yardım etməlidirlər. Yəni Cümə namazında insan dini bilgilərini yeniləyir, ictimai hadisələrdən xəbər tutur və cümə imamının timsalında onlara münasibət bildirir. Cümə günü duaların qəbul olunduğu, cümə namazı isə günahların bağışlandığı namazdır.

İlahiyyatçı M.Əyyubova bildirir ki, cümə namazı qılmaq üçün 5 nəfər bir araya gəlməlidir. Belə ki, imam və 4 nəfər ona iqtida edən şəxs birləşib cümə namazı qıla bilərlər. Cümə namazı yalnız zöhr namazını əvəz edir. Cümə namazı qılan şəxslər bundan sonra əsr namazını da qılmalıdırlar.

Cümə namazı zöhr (günorta) namazının vaxtında qılnır və o namazı əvəz edir. Yəni cümə namızını qılan şəxs günorta namazını qılmır. Namazın əsas şərti iki rükətdən ibarət namaz və xütbədir. Yəni cümə namazının əsas şərtlərindən biri xütbədir. Çünki xütbə, həftədə bircə gün bir yerə yığılmış möminlərə savadlı bir şəkildə qısa zaman içərisində nələri isə öyrətmək üçün bir fürsətdir. Xütbə əsasən bu məqsədlə, müsəlmanların bilmədikləri xüsuslarda maariflənməsi üçün nəzərdə tutulub. Əgər cümə namazına gedən insan üzürlü səbəbə görə, xütəbəyə gecikirsə heç bir problemi yoxdur. Bundan başqa bilərəkdən xütbəyə gəlməyib təkcə namaza gəlməsi isə cümə namazı sayılmaz. Yəni ki, cümə namazına gələn şəxs həm xütəbəyə qulaq asmalı həm də caamatla birgə cümə namazı qılmalıdır.
Mənbə : Baku.news



Reytinq: