Bu gün imam Həsən Əskərinin (ə) mövlud günüdür » Milliyet.Az

Bu gün imam Həsən Əskərinin (ə) mövlud günüdür

Bu gün, hicri qəməri tarixi ilə Rəbiyüs-sani ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür
Bu gün imam Həsən Əskərinin (ə) mövlud günüdür


İmam hicri-qəməri tarixi ilə 232-ci ildə Mədinədə dünyaya göz açıb.
milliyyet.az-ın İslamazeri.az-a istinadən verdiyi məlumata görə, imam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.

Bu əlamətdar İmam Həsən Əskərinin (ə) mövlud günündə, bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Əhli-beyt (ə) əxlaqına uyğun həyat sürmələrini diləyirik.
  • Sosial şəbəkədə paylaş