FaktXəbər-in məlumatına görə, sosial aksiya gənc fəal Ağa Mehdiyev tərəfindən təşkil olunub.
A.Mehdiyev bu barədə bildirib ki, ətraf mühitlə yanaşı, mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada bu cür aksiyalar çox mühümdür: "Adətən ağaclar şəhərdən kənarda əkilir və bunu alqışlayırıq. Qərara gəldim ki, bu dəfə məhəllə daxilində reallaşsın, uşaqların, gənclərin bu prosesi daha yaxından görməsinə, yaşıl düşünməsinə səbəb olsun".
Bildirək ki, ağacəkmə kampaniyasında gənclərlə yanaşı ilahiyyatçı alimlər də iştirak ediblər.
Qeyd edək ki, hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Həzrət Məhəmməd peyğəmbərin (s) və altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir. Bu günlə bağlı dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müxtəlif mərasimlər keçirilir.

