» » İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli


İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli

27-09-2016, 11:14
Oxunub: 1021
Çap et
İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli

"İmkan verməməliyik ki, kimlərsə İmam Hüseynin (ə) mübarək adından öz məqsədləri üçün istifadə etsinlər. İmamın (ə) yolu düz, haqq yoludur. İmam bu yolun uğrunda şəhid edilib".

SalamNews xəbər verir ki, bu fikirləri "Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə deyib.

İlahiyyatçı bildirib ki, İmam Hüseyn (ə) fədakarlıq məktəbini miras qoyub: "Bu məktəb təbliğ olunmalıdır. İmam son anına kimi insanları doğru yola yönəltdi, hətta Aşura günü tövbə edənləri bağışlayacağını bildirdi. İmam Hüseyn (ə) öz mübarizəsində insanlara yalnız ölməyi öyrətmədi, bizə ölüm dərsi vermədi, eyni zamanda bizə doğru yaşamaq dərsini öyrətdi. Ona görə də İmam Hüseynin (ə) sahib olduğu dəyərləri olduğu kimi tanımaq lazımdır."



Reytinq: