DataLife Engine > Cinayet > Prokuror İŞİD-də döyüşən azərbaycanlılara cəza istədi

Prokuror İŞİD-də döyüşən azərbaycanlılara cəza istədi


25-05-2015, 12:48. Разместил: sehriyar Prokuror İŞİD-də döyüşən azərbaycanlılara cəza istədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 6 nəfərlik dəstə üzvlərinin - Ruslan Mustafayev, Tural Həsənov, Tarıyel Musatafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Ənvər Seyidovun sədriliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərə verilən ittihamın məhkəmə istintaqında sübuta yetirildiyi bildirib. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərin hər birini 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərdən Fərid Muradovun vəkili, Tural Həsənov və Ruslan Mustafayevin vəkili Elmar Süleymanov, Tarıyel Mustafayevin vəkili Yavər Hüseyn çıxış edərək, müdafiə etdikləri şəxslərin heç bir cinayət əməlinin olmadığını deyib. Onlar məhkəmədən təqsirləndirlən şəxslərə bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərdən Namiq Məmmədovun vəkili Müzəffər Baxış və Elvin Əliyevin vəkili Osman Kazımov çıxış üçün vaxt istəyiblər.

Məhkəmə prosesi mayın 29-də davam edəcək.

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar arasında yuxarıda adları çəkilən şəxslər də var.

Məlumatda bildirilirdi ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib.
Вернуться назад