DataLife Engine > Cinayet > Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi - YENİLƏNİB

Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi - YENİLƏNİB


25-08-2017, 11:47. Разместил: sehriyar
Azərbaycanlı "qanuni oğru" Abxaziyada güllələndi - YENİLƏNİB


Azərbaycanlı "qanuni oğru" “Rəşad Gəncinski”nin Abxaziyada güllələnməsinin bəzi təfərrüatları məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə “Lotu Quli”nin tapşırığı ilə yollanıb. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Söhbət ondan gedir ki, “Nika” abxaz "qanuni oğru"ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli” “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanaraq, vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.

Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində “Nika”yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və “Nika Qaqrinski” güllə yarası alıblar. Yaralıların hara yerləşdirildiyi barədə isə məlumat yoxdur.

10:15

Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, Rəşad və onunla birgə olan abxaz Nika Qaqrinski "Piza" ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.

Məlumata görə, Rəşad Abxaziyaya "Lotu Quli" tərəfindən xüsusi missiya ilə göndərilibmiş.
Вернуться назад