» » Bakıda çay evindən 40 min manata yaxın pul oğurlandı


Bakıda çay evindən 40 min manata yaxın pul oğurlandı

5-12-2014, 13:41
Oxunub: 860
Çap et
Bakıda çay evindən 40 min manata yaxın pul oğurlandı

Bakıda çay evindən 40 min manata yaxın pul oğurlayan şəxslər tutulub.

Milliyət.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlama oğurlanıb.

Bağlamanı oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.



Reytinq: