» » Bacısına sataşdığına görə nəvəsini öldürən babadan xəbər var


Bacısına sataşdığına görə nəvəsini öldürən babadan xəbər var

10-02-2016, 21:06
Oxunub: 629
Çap et
Prokurorluq məlumat yaydı.
Bacısına sataşdığına görə nəvəsini öldürən babadan xəbər var
Bakı şəhər Prokurorluğu bir müddət əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda fevralın 7-də Mübariz Məmmədovun Binəqədi rayon prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirməsi qeyd olunub.

Həmin faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

R. Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə, zəruri istintaq tədbirləri davam etdirilir.



Reytinq: