» » Bakıda ticarətçinin başını kəsən tutuldu: ağır cinayətin bəsit səbəbi


Bakıda ticarətçinin başını kəsən tutuldu: ağır cinayətin bəsit səbəbi

23-12-2015, 19:45
Oxunub: 668
Çap et
Bakıda ticarətçinin başını kəsən tutuldu: ağır cinayətin bəsit səbəbiBakıda ticarətçinin başını kəsən həbs edilib. Musavat.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları dekabrın 21-i axşam saatlarında Keşlə qəsəbəsində törəsilmiş amansız cinayətin üstünü açıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Qələndərov Paşa İsmayıl oğlu saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Paşa Qələndərov “28 Mall” ticarət mərkəzində ticarətlə məşğul olan 37 yaşlı Xəlilov Vüsal Ələkbər oğlunun yanında satıcı işləyib. Amma sonra Vüsal Xəlilov Paşa Qələndərovu işdən çıxarıb. O isə keçmiş müdirindən qisas almaq qərarına gəlib.

Dekabrın 21-i axşam saatlarında Paşa Qələndərov Vüsal Xəlilovun Keşlə qəsəbəsinin Sabir küçəsində kirayədə yaşadığı evə gəlib. Həmin vaxt Vüsalın ailəsi də evdə olub. Paşa Qələndərov həyat yoldaşının və azyaşlı övladının yanında Vüsal Xəlilova bıçaqla hücum edib. O, keçmiş müdirini bıçaqlayıb, sonra isə boğazını kəsib.

Xatırladaq ki, qətıl hadisəsi Bakının Nizami rayonu ərazidində baş verib. Keşlə qəsəbəsində 37 yaşlı Xəlilov Vüsal Ələkbər oğlunun başı kəsilib. Hadisə əslən Gəncədən olan Vüsal Xəlilovun kirayədə yaşadığı evdə baş verib. Hadisə zamanı onun həyat yoldaşı və övladı da evdə olub. Amansız cinayət onların gözü önündə törədilib.

Vüsal Xəlilovun atası Ələkbər Xəlilov Gəncə Texnologiya Universitetində, anası isə Gəncədəki 44 saylı orta məktəbdə müəllimdir. Vüsalın özü ailəsi ilə Bakıya köçüb və “28 Mall” ticarət mərkəzində paltar ticarəti ilə məşğul olmağa başlayıb.

Hadisə ilə bağlı başqa bir maraqlı məqam ondan ibarətdir ki, qətldən iki gün əvvəl Vüsal Xəlilovun bacısının həyat yoldaşına da hücum olub. Gəncədə valyutadəyişmə məntəqəsi sahibi olan 1971-ci il təvəlüdlü Kəmaləddin Əliyev işlədiyi obyektdən çıxaraq avtomobilinə əyləşmək istəyərkən iki nəfərin hücumuna məruz qalıb. Onlar Kəmaləddin Əliyevin başına zərbələr endiriblər və içərisində 25 min manat olan çantasını aparıblar.

Qohumlara qarşı iki cinayətin bir-biri ilə əlaqəsinin olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur.

Araşdırmalar davam etdirilir.



Reytinq: