» » Tərtərdə silahlı insident: həmkəndlisini güllələdi


Tərtərdə silahlı insident: həmkəndlisini güllələdi

18-12-2015, 13:22
Oxunub: 645
Çap et
Tərtərdə silahlı insident: həmkəndlisini güllələdi

Tərtər rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib.

N.Aslanov könüllü olaraq Tərtər RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar aparılır.



Reytinq: