» » "Bandotdel"dən xüsusi əməliyyat - VİDEO


"Bandotdel"dən xüsusi əməliyyat - VİDEO

7-11-2015, 23:04
Oxunub: 859
Çap et
"Bandotdel"dən xüsusi əməliyyat - VİDEORespublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sumqayıt şəhərində yaşayan Ağdam rayon sakini Rəvan Əliyevin mənzilində silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat silah və “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.
Birgə keçirilən digər tədbir zamanı isə Sumqayıt şəhər sakini Xalid Abuzərov şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən “AK-74” markalı avtomat və ona aid olan sandıqçada 30 ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Reytinq: