» » Oğul anasını öldürüb həyətdə basdırdı


Oğul anasını öldürüb həyətdə basdırdı

6-11-2015, 12:44
Oxunub: 631
Çap et
Cinayət işi açılıb.
Oğul anasını öldürüb həyətdə basdırdı
Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib.

milliyyet.az-ın Report-a istinadən verdiyi xəbərə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.

Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Reytinq: