» » Bakıda oğlan sevdiyi qızı küçədə öldürdü


Bakıda oğlan sevdiyi qızı küçədə öldürdü

29-10-2015, 12:05
Oxunub: 2077
Çap et
Bakıda qətl törədilib.
Bakıda oğlan sevdiyi qızı küçədə öldürdü

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı və soyadı hələlik məlum deyil) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxs hadisə yerindən qaçıb.

İlkin məlumata görə, hadisəni törədən oğlan İ. Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.



Reytinq: