» » Azərbaycanlı qadınları Dubayda satan qadına gözlənilməz cəza


Azərbaycanlı qadınları Dubayda satan qadına gözlənilməz cəza

26-10-2015, 16:00
Oxunub: 642
Çap et
3 il şərti cəza alan Gülnarə Əkbərzadə məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanlı qadınları Dubayda satan qadına gözlənilməz cəzaBakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubayda fahişəliyə cəlb etməkdə təqsirləndirilən Gülnarə Musa qızı Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər kollegiyası Gülnarə Əkbərzadənin 3 il şərti azadlıqdan məhrum edilməsi barədə hökmü elan ediblər. G. Əkbərzadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, G.Əkbərzadə 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənməyə nail olub. Buna görə də o, İnterpol xətti ilə qırmızı xətlə axtarışa verilib. G.Əkbərzadə bu yaxınlarda Dubayda həbs edilib. G.Əkbərzadənin cinsi istismara məruz qoyduğu Azərbaycan vətəndaşlarının indiyədək 15 nəfərinin adını müəyyən edib. G.Əkbərzadə həmin qadınları Dubayda ayrı-ayrı otellərdə və şəxsi evlərdə satmaqla məşğul olub. O da məlum olub ki, mütəşəkkil cinayətkar dəstənin rəhbərliyi Azərbaycandan əsasən 20-28 yaş arasında olan gənc qızları apararaq ərəblərə satırmış. 1961-ci il təvəllüdlü G.Əkbərzadə Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham olunur.



Reytinq: