» » Bakıda kütləvi dava baş vermiş gimnaziyanın direktoru danışdı


Bakıda kütləvi dava baş vermiş gimnaziyanın direktoru danışdı

17-10-2015, 14:20
Oxunub: 735
Çap et
Gimnaziyada şagirdlər arasında baş vermiş kütləvi dava ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi daxili araşdırma aparır.
Bakıda kütləvi dava baş vermiş gimnaziyanın direktoru danışdı
Bu barədə Milli.Az-a Bakıdakı 160 saylı Klassik Guimnaziyanın direktoru Fainə Ələkbərova deyib.

Onun sözlərinə görə, araşdırma bitəndən sonra nəticələri barədə məlumat veriləcək.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən də faktı təsdiq ediblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, report-un məlumatına görə, Səbail Rayonu Polis İdarəsindən bildirilib ki, oktyabrın 15-də Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.



Reytinq: