» » Bakıda qadın özünü 7-ci mərtəbədən atdı


Bakıda qadın özünü 7-ci mərtəbədən atdı

14-09-2015, 15:09
Oxunub: 926
Çap et
O, aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bakıda qadın özünü 7-ci mərtəbədən atdı
Paytaxtda intihar hadisəsi qeydə alınıb. Xətai rayonu ərazisində 39 yaşlı qadın özünü balkondan atıb.

Xətai rayon Prokurorluğundan verilən məlumata görə, Gəncə prospekti ev 50, mənzil 75 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova Konstantinovna özünü yaşadığı 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən atıb.

Ağır xəsarətlər alan qadını dərhal 3 saylı klinik xəstəxanaya aparıblar. Lakin xəsarətlərinin ağır olduğu üçün o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Xətai rayonunda oxşar hadisə baş vermişdi. Rayonu Nəsrəddin Tusi küçəsi 49 ünvanında 1987-ci il təvəllüdlü Hacıyeva Qəmər Həsən qızı özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar etmişdi. 27 yaşlı Qəmərin məhz həyat yoldaşı ilə dalaşdıqdan sonra, ərinin zorakılığı nəticəsində intihar etdiyini məlum olmuşdu.



Reytinq: