» » Deputatın qardaşı oğluna cinayət işi açıldı


Deputatın qardaşı oğluna cinayət işi açıldı

4-12-2014, 12:26
Oxunub: 1000
Çap et
Deputatın qardaşı oğluna cinayət işi açıldı


Şabran şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluqdan milliyyet.az Axar.az-a istinadən verdiyi məlumata görə, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Kamran Süleymanov Milli Məclisin deputatı Tahir Süleymanovun qardaşı oğludur.
- See more at: http://axar.az/news/36643#sthash.qaoVyK9f.dpuf



Reytinq: