» » Bakıda faciəvi olay: 21 yaşlı oğlan anasını öldürdü


Bakıda faciəvi olay: 21 yaşlı oğlan anasını öldürdü

7-07-2015, 14:47
Oxunub: 1133
Çap et
Siyavuş Zöhrabov anasını qısqanclıq zəminində qətlə yetirib

Bakıda faciəvi olay: 21 yaşlı oğlan anasını öldürdüBakıda qətl hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Zöhrabov tutulub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



Reytinq: