» » Həbsdəki islamçı liderin atası dünyasını dəyişdi


Həbsdəki islamçı liderin atası dünyasını dəyişdi

6-01-2015, 11:33
Oxunub: 830
Çap et
Həbsdəki islamçı liderin atası dünyasını dəyişdi



Hacı Mövsüm Səmədovun atası sabah Quba şəhərində torpağa tapşırılacaq

Hakimiyyəti sərt tənqidinə görə, həbs olunan və 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədova ağır itki üz verib. milliyyet.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, həbsdə olan islamçı liderin atası Mərdan Səmədov dünən gecə saatlarında dünyasını dəyişib.

Mərhum bu gün saat14:00-da Quba şəhərində dəfn ediləcək. Hacı Mövsümün isə atasının dəfnində və yas məclisində iştirakı üçün icazənin veriləcəyi məlum deyil.

Allah rəhmət eləsin!



Reytinq: