» » “Qanuni oğru”ların “sxotka”sı keçirildi


“Qanuni oğru”ların “sxotka”sı keçirildi

24-06-2015, 12:48
Oxunub: 1343
Çap et
Oğruların yığıncağını kriminal aləmdə tanınmış avtoritet Aziza Butakaeva təşkil edib.
“Qanuni oğru”ların “sxotka”sı keçirildi
Çeçenistanda “qanuni oğru”ların “sxotka”sı keçirilib. milliyyet.az-ın məlumatına görə, oğruların yığıncağını kriminal aləmdə tanınmış avtoritet Aziza Butakaeva təşkil edib.

Qeyd edək ki, Aziza Butakaeva 2013-cü ildə həbsxanadan azad olunmuşdu. Lakin onun Çeçenistandan çıxmaması üçün xüsusi göstəriş verilib. Bu səbəbdən də, “qanuni oğru”ların görüşü burada təşkil olunub.

Görüşdə 4 “qanuni oğru” iştirak edib. Onların arasında tanınmış “qanuni oğru” Oleq Şişkanov da olub.
Görüşdə kriminal qruplaşmalar arasındakı narazılıqlar və digər problemli məsələlər müzakirə olunub. “Sxotka”da həminin “Kaxa” ləqəbli “qanuni oğru” Kaxabera Parpalinin də taleyi müzakirə olunub.

Xatırladaq ki, “Kaxa” kriminal aləmdə qəbul edilməyən hərəkət edib. O, münasibətləri aydınlaşdırarkən bir nəfəri döyməkdə günahlandırılır.
Bundan başqa, görüşdə kriminal qruplaşmaların nəzarət etdiyi ərazilər yenidən müzakirə olunub. Bu sahədəki problemlərə aydınlıq gətirilib.

Rəsmi olaraq hüquq-mühafizə orqanlarında keçirilən “sxotdka” ilə bağlı heç bir açıqlama verilməyib.



Reytinq: