» » Bakıda dəhşətli hadisə- Bələdiyyə sədri və əri qətlə yetirildi+Foto


Bakıda dəhşətli hadisə- Bələdiyyə sədri və əri qətlə yetirildi+Foto

8-06-2015, 11:38
Oxunub: 1419
Çap et
Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetirilib.

Bakıda dəhşətli hadisə- Bələdiyyə sədri və əri qətlə yetirildi+Fotomilliyyet.az xeberle.com-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır.

Mərhum bələdiyyə sədri 1976-ci ildə doğulub. Onunla bərabər qətlə yetirilən həyat yoldaşı isə Vəfadar Əbilhəsənovdur.

Xanım sədri və həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Fədail Hüseynov saxlanlıb.



Reytinq: