» » Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü


Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdü

6-06-2015, 12:23
Oxunub: 1025
Çap et
Salyan rayonunda odlu silahdan istifadə edilməklə törədilən və azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

Salyanda dəhşət: 9 yaşlı uşaq 3 yaşlı qardaşını tüfənglə öldürdüMilliyet/az Virtualaz.org-a istinadən xəbər verir ki, bu faciə iyunun 5-də saat 20 radələrində Salyan rayonunun Düzənlik kəndində yaşanıb. 3 yaşlı oğlan 9 yaşlı qardaşı tərəfindən güllə ilə vurularaq öldürülüb.

Belə ki, kənd sakini Telman Məmmədovun Bakıda yaşayan oğlu Vüqar Məmmədov oğlanları - 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Telman Məmmədov təsərrüfatını ziyanvericilərdən qorumaq üçün evindəki köhnə ov tüfəngini həmişə atəşə hazır saxlayırmış. Böyüklərin nəzərindən yayınan 9 yaşlı Rəmzi babasının ov tüfəngini götürərək 3 yaşlı qardaşı ilə oynamaq istədikdə ehtiyatsızlıqdan atəş açılıb. Güllə uşağın baş nahiyəsindən dəyib. Azyaşlı yerindəcə keçinib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.



Reytinq: