» » Azərbaycanlı “qanuni oğru”ların ölümcül savaşı


Azərbaycanlı “qanuni oğru”ların ölümcül savaşı

4-01-2015, 22:59
Oxunub: 1022
Çap et
39 yaşlı gürcü “qanuni oğru” Laşa Celadze Belarusdan deportasiya edilib.
Azərbaycanlı “qanuni oğru”ların ölümcül savaşı
milliyyet.az Faktxeber.com-a istinadən xəbər verir ki, Kriminal aləmdə Raça kimi tanınan “qanuni oğru” İstanbuldan Minskə gələrkən aeroportda saxlanılıb. Gürcü “qanuni oğru”nun əsas məskəninin Moskva olduğu bildirilsə də o, Minskə hərdən izi itirmək üçün gəlirmiş. Raça bu yaxınlarda ona qarşı Yunanıstanda sui-qəsd təşkil etmiş naməlum şəxsləri ifşa etmək üçün “qanuni oğrular”ın toplantısını təşkil etmək istəyirmiş.

Qeyd edək ki, dekabrın əvvəllərində Laşa Yunanıstanda taksi ilə evinə gedərkən iki naməlum şəxs ona hücum çəkmişdi. Onlardan biri ilk olaraq Laşanın sinəsinə bıçaq soxmuşdu. Digəri isə gürcü "qanuni oğru"nun ürəyindən bıçaqla vurmaq istəyərkən Laşa barmaqlarını itirmək bahasına bıçağı tutaraq zərbənin qarşısını almışdı. Üçüncü zərbə isə “qanuni oğru”nun boğazındakı klona tuş gəlmişdi. Killerllərin planlarını həyata keçirməyə yaxınlıqdan keçən patrul maşını mane olmuşdu.

Laşa Celadze sui-qəsdin azərbaycanlı kriminal avtoritetlər Nadir və Namiq Səlifov qardaşları tərəfindən təşkil edildiyini güman edir.

Gürcü “qanuni oğru"nu müdafiə edənlər arasında Dato Ağcabədinski kimi tanınan məşhur azərbaycanlı “qanuni oğru” Cavid Məmmədov da var. “Lotu Quli” və Səlifovlarla müharibə şəraitində olan Cavid Məmmədov hələ 2008-ci ilin oktyabrında Laşa Celadzeyə titul verib. Azərbaycanlı “qanuni oğru”ların da qoşulduğu müharibənin nə ilə nəticələnəcəyi bütün kriminal aləmdə intizarla gözlənilir.



Reytinq: