» » Bakida itkin düşən 5 yaşlı qızın meyiti tapıldı: zorlanıb, öldürülüb…


Bakida itkin düşən 5 yaşlı qızın meyiti tapıldı: zorlanıb, öldürülüb…

29-05-2015, 16:04
Oxunub: 2074
Çap et
Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.

Bakida itkin düşən 5 yaşlı qızın meyiti tapıldı: zorlanıb, öldürülüb…APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

5 yaşlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun boğularaq qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Reytinq: