» » "Coca-Cola"nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?


"Coca-Cola"nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?

3-12-2014, 17:15
Oxunub: 831
Çap et
"Coca-Cola"nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?


Sankt-Peterburqa yoxa çıxan "Coca-Cola ABC Avrasiya" zavodunun direktoru 37 yaşlı Dmitri Soşnevin meyiti tapılıb.

Milliyət.az Anspress.com-a istinadən məlumatına görə, Soşnevin yoxa çıxdığı gün Soşnevin üstündə böyük məbləğdə pul olub.

Axırıncı dəfə direktoru zavodun ərazisində noyabrın 28-də görüblər. Dekabrın 1-də qohumları onun itkin düşməsi haqqda polisə müraciət edib.

Artıq qətldə ittiham edilən şəxs saxlanılıb. Onun 28 yaşlı Azərbaycan vətəndaşı olduğu deyiliur.

Polisin məlumatına görə, Azərbaycan vətəndaşı olan Denis Çxitauri və 46 yaşlı Vyaçeslav Finoqeyev tutulub.

Məlumata görə, onlar iş adamına Frunzensk rayonunda görüş təyin ediblər. Orada direktora atəş açılıb.

Daha sonra onlar mərhumun üzərindəki 150 min rubl pulu və maşının sənədlərini götürərək hadisə yerindən qaçıblar.

Şübhəli şəxslər hadisəni törətdikləri yeri göstəriblər. Artıq meyit tapılıb.



Reytinq: