» » Azərbaycanlı "heroin qardaşları" həbs edildi


Azərbaycanlı "heroin qardaşları" həbs edildi

21-05-2015, 21:06
Oxunub: 683
Çap et
Rusiyada azərbaycanlı narkotik alverçiləri mühakimə edilib.

Azərbaycanlı "heroin qardaşları" həbs edildimilliyyet.az-ın məlumatına görə, Bereznikidə yaşayan üç qardaş cinayətkar qruplaşma təşkil etməkdə günahlandırılır. Qanuni biznesə malik olan qardaşlar əlavə olaraq heroin və amfetamin ticarəti ilə də məşğul olublar.

"Heroin qardaşları" haqqında araşdırmalara hələ 2012-ci ildə başlanılıb. Araşdırmanın gedişatında azərbaycanlı narkotik satıcıları iş başında yaxalanıblar.

Məhkəmə A. Qurbanovu və Q. Əhmədovu 23 il müddətinə azadlıqdan məhrum edib. A. Qurbanov isə 24 il 6 ay müddətinə həbs edilib. Məhkum olunanlar həmçinin, hər biri 1 milyon rubl cərimə ödəyəcək.
Mənbə
ANS PRESS



Reytinq: