» » Azərbaycanlıların iştirakı ilə kütləvi dava - 5 nəfər bıçaqlandı


Azərbaycanlıların iştirakı ilə kütləvi dava - 5 nəfər bıçaqlandı

10-05-2015, 10:11
Oxunub: 735
Çap et
Rusiyanın Rıbinski şəhərində 5 nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən kütləvi dava baş verib.

Azərbaycanlıların iştirakı ilə kütləvi dava - 5 nəfər bıçaqlandımilliyyet.az Report-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, davada iştirak edənlərin bir hissəsi Tacikistan və Azərbaycan vətəndaşları olublar.

Hazırda hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən etməyə çalışır, "Qəsdən sağlamlığa ağır zərər yetirmə" maddəsi üzrə cinayət işi açılıb.

Münaqişə gənclər arasında şəxsi ədavət zəminində baş verib. Dava "Qibris" kafesi yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, onların dördü xəstəxanaya yerləşdirilib.



Reytinq: