» » Göyçayda dəhşətli hadisə


Göyçayda dəhşətli hadisə

8-05-2015, 11:13
Oxunub: 764
Çap et
Ata və iki azyaşlı uşağı evdə yanaraq ölüb, ana xilas ola bilib
Göyçayda dəhşətli hadisə
Azərbaycanın Göyçay şəhərində yanğın hadisəsi nəticəsində ata və iki övladı yanaraq ölüb.

milliyyet.az “Report”a istinadən xəbər verir ki, hadisə səhərə yaxın, saat 04:00 radələrində şəhərin Ziya Bünyadov küçəsində baş verib.

Belə ki, Əhmədova Xəyalə Laçın qızına məxsus evdə onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, övladları - 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı və 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu yanaraq ölüb. X.Əhmədova isə yanğından xilas ola bilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları gəlib. Yanğın söndürülüb.

Hadisə nəticəsində ümumi ərazisi 70 kvadratmetr olan evin iki otağı tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Reytinq: