» » Bakıda avtobus sürücüləri ilə sərnişinlər arasında DAVA


Bakıda avtobus sürücüləri ilə sərnişinlər arasında DAVA

4-05-2015, 10:58
Oxunub: 948
Çap et
Xəsarət alanlar var

Bakıda avtobus sürücüləri ilə sərnişinlər arasında DAVABakıda bıçaqlanma hadisəsi baş verib.

milliyyet.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mirzə Davud küçəsi 11 ünvanında qeydə alınıb.


1972-ci il təvəllüdlü Pərviz Ramiz oğlu Məlikovun idarə etdiyi, 60 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusda sürücü ilə avtobusun sərnişini 1981-ci il təvəllüdlü Vüqar Maarif oğlu Mehdiyev arasında “Neftçilər” metro stansiyasının yaxınlığında insident yaşanıb.


Sərnişinlə sürücü aralarında baş verən insidentə aydınlıq gətirmək üçün Xətai rayonunda yerləşən "Elektrotok" qəsəbəsi ərazisində, 60 saylı sərnişin avtobusunun sonuncu dayanacağında görüş təyin ediblər.


Hadisə yerinə tanışı Elnur Elxan oğlu Məmmədovla gələn sərnişinlə dayanacaqda olan sürücülər arasında dava baş verib. Müxtəlif bədən xəsarəti alan E. Məmmədov sürücü P. Məlikova bıçaqla xəsarət yetirib.

P. Məlikov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E. Məmmədov və V. Mehdiyev tutulub.


Faktla bağlı araşdırma aparılır.



Reytinq: