» » Bərdədə DƏHŞƏT: sürücü yol polisini yandırdı


Bərdədə DƏHŞƏT: sürücü yol polisini yandırdı

3-12-2014, 16:02
Oxunub: 1502
Çap et
Bərdədə DƏHŞƏT: sürücü yol polisini yandırdı

Bərdədə sərxoş sürücü yol polisini yandırıb.

Milliyət.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon mərkəzində qeydə alınıb.

Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E. Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb. Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E. Cəfərov tutulub.

A. Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: