» » 3 uşaq anası özünü öldürdü


3 uşaq anası özünü öldürdü

26-04-2015, 13:54
Oxunub: 1281
Çap et
49 yaşlı Atiqat Məmmədovanın intiharının səbəbləri hələlik məlum deyil
3 uşaq anası özünü öldürdüZaqatalada intihar hadisəsi baş verib.

milliyyet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisəni Zaqatala Rayon Polis Şöbəsi təsdiqləyib.

Rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. İntiharın səbəbləri həllik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.



Reytinq: