» » İtkin düşən gənc asılmış vəziyyətdə tapıldı


İtkin düşən gənc asılmış vəziyyətdə tapıldı

24-04-2015, 10:22
Oxunub: 1446
Çap et
Abşeron rayonu ərazisində asılmış vəziyyətdə olan gənc oğlan meyiti aşkar edilib.

İtkin düşən gənc asılmış vəziyyətdə tapıldımilliyyet.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən Report-a verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km.-də Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığındakı yarımtikilidə aşkar olunmuş meyitin 19 yaşlı Piriyev Kamran Süleyman oğluna aid olduğu müəyyən edilib.

Həmçinin məlum olub ki, K.Piriyev bu il aprel ayının 21-də itkin düşüb. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. K.Piriyevin hansı şəraitdə öldüyü isə Abşeron rayon Prokurorluğunda başlanan araşdırmalardan sonra məlum olacaq.



Reytinq: