» » Bakıda film kimi olay: maskalılar evə basqın edib 24 yaşlı qadını...


Bakıda film kimi olay: maskalılar evə basqın edib 24 yaşlı qadını...

21-04-2015, 12:46
Oxunub: 1091
Çap et
Qadın mənzildə maskalıların olmasından xəbərsiz olub
Bakıda film kimi olay: maskalılar evə basqın edib 24 yaşlı qadını...
Bakıda quldurluq hadisəsi baş verib. milliyyet.az Lent.az-a istinadən məlumatına görə, Xətai rayonu General Şıxlınski küçəsindəki bina evində yaşayan 1991-ci il təvəllüdlü Əliyeva Xatirə Adil qızı başına gələnlərlə bağlı polisə müraciət edib. 24 yaşlı qadın bildirib ki, aprelin 20-də yaşadığı mənzildə tək olarkən bir otaqdan digərinə keçib. Bu zaman o, otaqda iki nəfər maskalı şəxs görüb. Həmin şəxslər dərhal X.Əliyevanı tapança ilə hədələyərək tutublar və əl qolunu, eləcə də ağızını yapışqan lentlə bağlayıblar.

Şikayətçinin sözlərinə görə, maskalı şəxslər onu tapança ilə yanaşı elektroşok alətinə oxşayan cihazla da hədələyiblər və pulların yerini deməsini tələb ediblər. Onlar mənzildən ümumilikdə 15 min manat dəyəri olan qızıl əşyalar, 8 min dollar və 1500 manat nağd pulu götürərək uzaqlaşıblar.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.



Reytinq: