» » Qusarda baş verən qəzada 2 nəfər öldü, 1 nəfər yaralandı


Qusarda baş verən qəzada 2 nəfər öldü, 1 nəfər yaralandı

26-12-2014, 14:03
Oxunub: 728
Çap et
Qusarda baş verən qəzada 2 nəfər öldü, 1 nəfər yaralandı



Qusar rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. milliyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədəDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə dekabrın 25-də, saat 21 radələrində rayonun Şirvanovka kəndində qeydə alınıb. Rayon sakinləri Kamil Mahmudovun idarə etdiyi “VAZ-21112” və Rəhman Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Kamil Mahmudov və sərnişini - həmkəndlisi Məhəmməd Alxasov hadisə yerində ölüb, Rəhman Məmmədov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Reytinq: