» » 2 yaşlı qızı dənizə anası atıbmış


2 yaşlı qızı dənizə anası atıbmış

20-04-2015, 18:43
Oxunub: 1045
Çap et
2 yaşlı qızı dənizə anası atıbmışAprelin 16-da dənizdən meyiti tapına uşağın kimliyi və anası tərəfindən öldürüldüyü müəyyən olunub.

milliyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Mirzəyeva aprelin 16-da saat 08:30 radələrində öz qızı 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyeva ilə evdən gedib.

Bu barədə aprelin 17-də Şağan qəsəbəsi Əzizbəyov küçəsində yaşayan Sevda Mirzəyeva Polis Bölməsinə məlumat verib. O bildirib ki, G.Məmmədova onun qardaşı yoldaşıdır və onlarla birgə yaşayır.

G.Məmmədova aprelin 17-i saat 03 radələrində evə qayıdaraq deyib ki, Cəmiləni Səbail rayonunda dənizə ataraq öldürüb.

G.Məmmədova Ruhi Əsəb Dispanserinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Reytinq: