» » Bakıda 20 minlik oğurluq


Bakıda 20 minlik oğurluq

13-04-2015, 14:36
Oxunub: 946
Çap et
Novruz bayramı günlərində Səyavuş Aslanovun evini yaranları polis tuta bilib
Bakıda 20 minlik oğurluq






Bakıda 20 min manata yaxın pul və zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü İlqar Nazim oğlu Aslanov tutulub.

Saxlanılan şəxslər Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evini qarət etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Mənbə
ANS PRESS



Reytinq: