» » Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirdi


Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirdi

9-04-2015, 07:45
Oxunub: 1118
Çap et
Bakıda sərnişin avtobusunda ər arvadını qətlə yetirdi Bakıda sərnişin avtobusunda ərin arvadını qətlə yetirməsinin bəzi detalları məlum olub.

milliyyet.az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gədəbəy rayon sakini, 47 yaşlı Fatma Şəmiyevanın həyat yoldaşı ilə problemləri olub. Onların münaqişələrinə tez-tez polis əməkdaşları müdaxilə etməli olublar.

Aprelin 8-də gecə saatlarında Namiq Məmmədov, Fatma Şəmiyeva və azyaşlı övladları avtobusla Xırdalandan Bakıya gəlirlərmiş. Avtobusda ər və arvad arasında mübahisə yaranıb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Reytinq: