» » Prokuror 14 yaşlı lal-kar oğlunu öldürən ataya AĞIR CƏZA istədi


Prokuror 14 yaşlı lal-kar oğlunu öldürən ataya AĞIR CƏZA istədi

6-04-2015, 16:57
Oxunub: 1040
Çap et
Prokuror 14 yaşlı lal-kar oğlunu öldürən ataya AĞIR CƏZA istədiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən proresdə məhkəmə istintaqının başa çatdırıldığı bildirib. Söz dövlət ittihamçısına verilib. İtthamçı-prokuror çıxış edərək, məhkəmədən Eldəniz Məmmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, Eldəniz Məmmədov keçən məhkəmə proseslərində oğlunu öldürmədiyini bildirib. İttiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində 14 yaşlı lal-kar oğlu İbrahimi həyat yoldaşı Simuzər Məmmədovanın qətlə yetirdiyini iddia etmişdi.

Xatırladaq ki, hadisə ötən ilin iyulun 21-də Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb.



Reytinq: