» » Paytaxtda yol kəsib, quldurluq edən "zek"lər yaxalandı


Paytaxtda yol kəsib, quldurluq edən "zek"lər yaxalandı

24-03-2015, 13:53
Oxunub: 717
Çap et
Paytaxtda yol kəsib, quldurluq edən "zek"lər yaxalandıBakıda quldurluqla məşğul olan şəxslər saxlanılıb. milliyyet.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 21-də Yasamal rayonunun S.Əsgərova küçəsində naməlum şəxs Bakı şəhər sakini Orxan Qasımova zor tətbiq edib planşetini alaraq paytaxt sakini Yusif Əhmədova məxsus “VAZ-21074” markalı avtomobillə hadisə yerini tərk ediblər.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Samir Əhmədov və Yusif Əhmədov tutulublar. Y.Əhmədovdan 3,36 qram, S.Əhmədovdan isə 5,52 qram həşiş götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: