» » Məhbus ayaqyolunda ölü tapıldı


Məhbus ayaqyolunda ölü tapıldı

23-03-2015, 12:05
Oxunub: 875
Çap et
Məhbus ayaqyolunda ölü tapıldıAzərbaycanda məhkum ölümü qeydə alınıb.
milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.

Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Şəki Rayon Prokurorluğundan məhkumun ölüm faktını təsdiqləyiblər.

Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.



Reytinq: