» » Şirkət rəhbəri həbs edildi


Şirkət rəhbəri həbs edildi

16-03-2015, 16:52
Oxunub: 880
Çap et
Şirkət rəhbəri həbs edildiTurizm şirkətinin rəhbərinə qarşı cinayət işi açılıb. milliyyet.az xəbər verir ki, Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, “Golden Travel” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılıb. Araşdırma zamanı “Delta Group” MMC-nin subagent qismində əməkdaşlıq etdiyi və müqavilə əsasında aviadaşıma biletlərinin satışı hüququ verdiyi “Golden Travel” MMC-nin direktoru Fariz Əhmədovun 2012-2014-cü illərdə aviadaşıma biletlərinin satışından əldə etdiyi etibar edilmiş özgə əmlakının 91 min manatını mənimsəmə və ya israf etmə yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



Reytinq: