» » Bakıda qadın birlikdə yaşadığı sevgilisini bıçaqlayıb öldürdü


Bakıda qadın birlikdə yaşadığı sevgilisini bıçaqlayıb öldürdü

9-03-2015, 13:35
Oxunub: 988
Çap et
Bakıda qadın birlikdə yaşadığı sevgilisini bıçaqlayıb öldürdüMartın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində meyit tapılıb.

milliyyet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meyiti aşkarlanan şəxsin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Qurbanov olduğu müəyyən edilib. Onun bıçaqla qətlə yetirildiyi bildirilir.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulmuşdur.

Faktla bağlı araşdırmalar aparılır.



Reytinq: